"Washington Post" ( WP) İslamçı qrup HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumundan sonra tapılan gizli hərbi sənədlərdən məlumatları dərc edib. Onların arasında müxtəlif növ silahların, o cümlədən Şimali Koreyanın silahlarının istifadəsi ilə bağlı ötən ilə aid təlimatlar olub.
Qaynarinfo xəbər verir ki, söhbət Şimali Koreyanın F-7 reaktiv yaylım atəşi sistemlərindən gedir. Lakin Pxenyan bu silahların HƏMAS-a verildiyini inkar edir. Bundan əlavə, hərbçilər 50-yə yaxın güclü partlayıcı sursat tapdıqlarını bildiriblər.
Məqalə müəllifləri qeyd edirlər ki, çox güman, göstərişlər HƏMAS-ın elit İzzəddin əl-Qəssam briqadasının bölmələri, eləcə də qrupun digər "şok qoşunları” üçün nəzərdə tutulub.
Sənədlərdən belə çıxır ki, onlar məxfidir və müvafiq sərəncamın olduğu hallar istisna olmaqla, onları özünüzlə aparmaq qadağandır.
Sənədlərdə həmçinin İsrail hərbi texnikasında zəifliklərdən bəhs edir. Onlar həmçinin Qəzza zolağının ətrafındakı bir neçə kibbutzimə (icmalara) hücum üçün xəritələr və ətraflı planları ehtiva edir.
Alpər