Xəbər lenti

Həmas İsrailə raket zərbələri endirdi
Dünya09:39 31.03.2019

Həmas İsrailə raket zərbələri endirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qəzzadan İsrailə 5 raket zərbəsi endirilib.
Qaynarinfo Jerusalem Post-a istinadən xəbər verir ki, raketlər açıq əraziyə düşüb və ölən və xəsarət alan olmayıb.
Qeyd edək ki, son həftə ərzində Həmas və İsrail arasında gərginlik müşahidə edilir. Ötən günlərdə Qəzza sərhədinə toplaşan fələstinlilər və İsrail təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb. Hadisədə 4 fələstinli ölüb, 244 nəfər yaralanıb. Daha əvvəl isə Həmasdan Tel-Əvivə raket zərbəsi endirilmiş, 7 nəfər yaralanmışdı.
Gülşən