HƏMAS ilk addım kimi İsraillə oktyabrın 7-də ələ keçirilən 240 girovdan ən azı 50 qadın və uşağın azad edilməsinə dair sazişlə razılaşıb. Bunun müqabilində HƏMAS İsraildən bir neçə şərt yerinə yetirməsini tələb edir.
Qaynarinfo xəbər verir ki, bu barədə The Washington Post ərəb diplomatına və digər mənbələrə istinadən
yazır.
Bəzi girovların azad edilməsi üçün HƏMAS İsraildən Qəzza zolağında hərbi əməliyyatlara üç və ya beş günlük fasilə verməyi, anklavlara humanitar yardımın imkanlarını genişləndirməyi və İsrail həbsxanalarında saxlanılan fələstinli qadın və uşaqları azad etməyi tələb edir.
Qəzetin mənbələri qeyd edirlər ki, tərəflər növbəti dəfə razılığa gələ bilməyə bilərlər. Ərəb diplomatı bildirib ki, son sxem yalnız "ümumi mənada” razılaşdırılıb. Əvvəllər tərəflər müxtəlif sayda girovları və onların azad edilməsi üçün digər şərtləri müzakirə ediblər. İsrail tərəfi hələ HƏMAS-la saziş bağlamaq barədə qərar verməyib. Bir gün əvvəl, noyabrın 15-də İsrail hakimiyyəti potensial sövdələşməni şərh etməkdən imtina edib. İsrail Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının bu gün, noyabrın 16-da humanitar fasilələrlə bağlı qəbul etdiyi qətnaməni yerinə yetirməkdən imtina edib.
"239 girov hələ də HƏMAS-ın əlində olduğu halda, uzun humanitar fasilələrə yer yoxdur”, - nazirlikdən bildirilib.
Qətnamə 12 ölkə tərəfindən dəstəklənib və yeddi bənd, o cümlədən bütün girovların azad edilməsi, yaralı uşaqları və onların qəyyumlarının təxliyəsi tələbi var. Sənəd həmçinin İsraili BMT və humanitar təşkilatlar üçün tam, operativ, təhlükəsiz və maneəsiz humanitar yardım əldə etməyə imkan verəcək uzun humanitar fasilə yaratmağa çağırır.
Nizami Bağırov