HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyənin İsrailin reydi zamanı məhv edilməsi "geniş miqyaslı eskalasiyaya” gətirib çıxaran və indiyədək Qəzza və Livan sərhədində lokallaşdırılmış Yaxın Şərqdəki münaqişənin parametrlərinə təsir göstərə bilər.
Qaynarinfo xəbər verir ki, bu, "Sky News"un jurnalisti Con Sparks tərəfindən verilən
qiymətdir.
"Bu, böyük eskalasiyadır. Hesab edirəm ki, bu, həqiqətən parametrləri dəyişir. Müharibə indiyədək Qəzza və Livan sərhədində lokallaşdırılıb. İndi isə son 24 saat ərzində biz İranın dəstəklədiyi qruplaşmaların iki yüksək səviyyəli liderinə hücumun şahidi olduq”, deyə jurnalist bildirib.
Sparks Haniyənin bəyanatlarında sərt olduğunu, lakin Yaxın Şərqdə bir neçə ay davam edən münaqişə ilə bağlı danışıqlar aparan şəxs kimi çıxış etdiyini vurğulayıb. O, atəşkəs və girovların azad edilməsi ilə bağlı dialoqun bundan belə necə olacağını düşünməyə çağırıb.
Haniyə iyulun 31-də səhər tezdən Tehranda İsrailin hücumu nəticəsində öldürülüb. İranın paytaxtında o, yeni seçilmiş prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib.
HƏMAS da bu inkişafı təsdiqləyib. Onlar qeyd ediblər ki, "bu hadisənin” baş vermə səbəbləri və miqyası araşdırılır, araşdırmanın nəticələri daha sonra açıqlanacaq.
Alpər
Şərhlər