
Həmas Qəzzada qurduğu İdarə Komitəsini ləğv etməsi barədə açıqlama yayıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, qərar Fələstinin siyasi parçalanmasının sonlandırılması məqsədilə verilib. Açıqlamada razılaşdırılmış Fələstin hökümətinin bölgədə idarəçiliyi təhvil alması, seçkilərin keçirilməsi məsələsi və Həmasın "El Fetih" hərəkatı ilə dialoq təklifi yer alıb. Həmçinin 2011-ci ildə imzalanmış Qahirə razılaşmasının tətbiqi və sazişdə iştirak edən qrupların yer aldığı milli birlik hökümətinin yaradılması təklif edilib.
Qeyd edək ki, Həmasın mart ayında Qəzzada yaratdığı İdarə Komitəsini Fələstin höküməti tanımamışdı. Fələstin lideri Mahmud Abbas daha əvvəl Həmasın qəbul etdiyi qərarlar barədə müraciət ünvanlamışdı.
Gülşən
Qaynarinfo.Az