HƏMAS silahlıları İsraildə "Nature Party" elektron musiqi festivalından ikisi rus soyadlı olmaqla 10-a yaxın qızı qaçırıb.
Poliqon xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, söhbət Elizabet P. və Olqa P.-dən gedir. Adam oğurluğu Qəzza zolağı ilə sərhəddə yerləşən Ofakim şəhəri yaxınlığında baş verib.
Lakin sonradan Elizabeth P. onun qaçırılması ilə bağlı xəbərləri təkzib edib. O, festivalda olmadığını, amma bacısının orada olduğunu deyib. Sonuncunun yeri və onunla hər hansı əlaqəsi barədə hələlik məlumat yoxdur. Qız onu da əlavə edib ki, o və bacısı Rusiya Federasiyasının vətəndaşı deyillər.
Rusiyanın İsraildəki səfirliyinin əməkdaşları həmyerlilərinin fələstinli Həmas yaraqlıları tərəfindən əsir götürülməsi ilə bağlı məlumatları yoxlayır. Bu barədə TASS diplomatik missiyasının mətbuat xidmətinə istinadən xəbər yayıb. Bildirilib ki, bu barədə hələlik heç bir təsdiq yoxdur.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və "Əl-Əqsa tufanı" əməliyyatının başladığını elan edib. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir Qılınclar” adlanırıb. Hücumlara cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə zərbələr endirib.
Fələstinin hücumları nəticəsində İsrail tərəfində çox sayda insan ölüb və yaralanıb, mülki obyektlərə zərbələr endirilib.
Aydın