Dünya 13:56 16.03.2023

Həmişə bağlı pəncərələrlə: WP Putinin gizli zirehli qatarının fotosunu dərc etdi

Rusiyalı fotoqraf Mixail Korotkov illərdir Kreml rəhbəri Vladimir Putinin gizli zirehli qatarını izləyir.

Qaynarinfo "Washington Post”a istinadən yazır ki, o, Putinin qatarının çoxlu fotolarını çəksə də, internetdə yalnız bir neçəsini yerləşdirib.

2018-ci ildə Rusiya prezidentinin istifadə etdiyi zirehli qatarın fotosunu ilk dəfə Korotkov dərc edib.

Qatarın lokomotiv identifikasiya nömrələri yoxdur və həmişə pəncərələri bağlı hərəkət edir.

Vaqonlardan birinin yuxarı hissəsində qeyri-adi günbəz var - orada xüsusi rabitə avadanlığının olduğu güman edilir.

Korotkov və onun həmkarları koronavirus pandemiyası zamanı prezident qatarından istifadənin kəskin artdığını müşahidə ediblər.

"O, dəli kimi hərəkət edir və bütün planlaşdırılmış qatarlar ona yol verir", - o, 2021-ci ildə bloqunda yazıb.

Rusiyanın "Proyekt” nəşri yazıb ki, Vladimir Putinin səfərləri üçün onun iqamətgahlarına gedən dəmiryolları və stansiyalar şəbəkəsi tikilib.

Jurnalistlər Rusiya prezidentinin Valday, Novo-Oqaryovo və Soçidəki iqamətgahlarının yaxınlığında üç belə stansiya müəyyən edə biliblər.

Nizami Bağırov