Xəbər lenti

Həmsədrlər Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşdü
Dünya04:57 28.09.2013

Həmsədrlər Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb. APA-nın xəbərinə görə, bu haqda ATƏT-in yaydığı məlumatda bildirilir.
 
Məlumatda qeyd olunur ki, görüşdə Qarabağ nizamlanması ilə bağlı müzakirələr aparılıb. Həmsədrlər öz ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək verdiklərini vurğulayıb.
 
Onlar həmçinin ATƏT-in Minsk qrupunun həmsədri olan 3 ölkənin prezidentlərinin 18 iyun 2013-cü il tarixli bəyanatını xatırlayıb. Həmin bəyanatda tərəflər bölgədə gərginliyi artıra və münaqişəni alovlandıra biləcək istənilən addımlardan çəkinməyə çağrılır.  
 
Öz növbəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri münaqişənin nizamlanması üçün həmsədrlərlə işi davam etdirməkdə qərarlı olduqlarını bildiriblər.


Qaynar.info