
Araşdırmalara görə, dərhal addım atılmazsa 2050-ci ildə antibiotiklərə qarşı müqavimətli bakteriyalar dəqiqədə 20 insanın ölümünə səbəb ola bilər.
Qlobal ölçüdə aparılan "Antimikrobiyal Müqavimət Araşdırma"sı sübut etdi ki, antibiotiklərə qarşı müqavimətli bakteriyalar, yəni superbuglar gələcəkdə kütləvi ölümlərlə nəticələnə bilər. Araşdırma nəticələrində o da qeyd edilir ki, bu problem həll olunmazsa, hər 3 saniyədə 1 adam öləcək.

Qaynarinfo.az xəbər verir ki, araşıdrmada yer alan məlumata görə, problem kifayət qədər ciddidir. Araşdırmanın başladığı 2014-ci ilin iyun ayından bu yana təxminən 1 milyon adam müxtəlif infeksiyalar səbəbiylə həyatını itirib.
Mütəxəssislər 2050-ci ilə qədər təxminən 10 milyon adamın bu səbəbdən həyatını itirəcəyini qeyd edir.
Qaynarinfo.az