Almaniyada aparılan bir araşdırmaya əsasən, orta yaşlı yetkinlərin 5/1-i qarşıdakı 10 il ərzində infarkt keçirmə riski ilə üz-üzədir.
Qaynarinfo xəbər verir ki, mütəxəssislər bir çox insanın bu riski yetərincə ciddiyə almadığını və tədbir almaqda gecikdiyini vurğulayır.
Almaniyanın aparıcı səhiyyə qurumları olan Robert Kox İnstitutu, Potsdam Universiteti, Diabet Araşdırma Mərkəzi, Ürək-Damar Tədqiqatları Mərkəzi və Qidalanma Araşdırma İnstitutu tərəfindən aparılan birgə araşdırmaya əsasən, orta yaşlı insanların 1/5-i qarşıdakı 10 il ərzində infarkt və ya iflic keçirmə riski daşıyır.
Araşdırmada 35-69 yaş aralığında olan, daha əvvəl infarkt və ya iflic keçirməmiş 3 min 271 nəfərin məlumatları təhlil edilib. Onların qarşıdakı 10 il ərzində xəstəliyə tutulma riski yaş, cinsiyyət, həyat tərzi və mövcud xəstəliklər kimi meyarlar əsasında hesablanmış risk balı ilə müəyyən olunub.
Araşdırma nəticələrinə görə, iştirakçıların 73,5%-i aşağı risk qrupuna daxildir. 6%-i riskli, 12,8%-i isə yüksək risk daşıyan qrupda yer alır. Bununla belə, iştirakçıların 84%-i özünü "heç riski yoxdur" və ya "aşağı risk" qrupunda hesab edir. Yüksək risk daşıyanların yarısından çoxu isə özünü demək olar ki, "risksiz" kimi qiymətləndirir. Mütəxəssislərə görə, ürək-damar xəstəliklərinin qarşısını almağın ilk addımı insanın öz risk səviyyəsini bilməsidir.
Aydın
Şərhlər