
ABŞ-ın keçmiş prezidenti Con F. Kennedinin ölümünün 50-ci ilində şəxsi həyatı ilə bağlı maraqlı faktlar ortaya çıxıb.
Qaynar.info xəbər verir ki, ingilis yazar Sara Bredfordun yazdığı, illərdir ABŞ-da ən çox satılan kitablar arasında olan "Jaklin Kennedinin bioqrafiyası"nın genişləndirilmiş nəşrində Kennedinin həyat yoldaşını hər gün başqa bir qadınla aldatdığı bildirilib.
Bredford Kennedinin bir dəfə "Hər gün yekni bir qadınla olmasam miqrenim tutur" dediyini yazıb. Bundan başqa Kennedinin bakirə təcrübəçi qızları ofisində ələ almaqdan, katibələri ilə hövuzsa seks məclisi təşkil etməyə qədər fərqli şəkildə arvadına xəyanət etdiyi kitabda qeyd olunub.
Bredford Jaklin Kennedinin ərinin bu xəyanətlərindən xəbəri olduğunu, ancaq ona istədiyi hər şeyi verən, böyük sevgi və hörmət bəsləyən ərinin bu hərəkətlərini vecinə almadığını da bildirib.
Qaynar.info