Xəbər lenti

Hər insanda fərqli olan təkcə barmaq izləri deyilmiş... - Şotland alimlər üzə çıxardı
Dünya11:02 19.12.2023

Hər insanda fərqli olan təkcə barmaq izləri deyilmiş... - Şotland alimlər üzə çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Edinburq Universitetinin tədqiqatçıları Lids Universiteti ilə birlikdə dilin səthini təhlil etmək üçün süni intellekt və 3D şəkillərdən istifadə edərək, hər bir şəxs arasında fərqlənən unikal xüsusiyyətləri müəyyənləşdirib.
Qaynarinfo xəbər verir ki, Scientific Reports jurnalında nəşr edilən bir araşdırma dildəki papillaların ölçüsü, forması və yerinin insandan-insana dəyişdiyini göstərib.
Papillalar dilin səthində yerləşən kiçik çıxıntılardır. Onlar dad, nitq və udma hisslərində mühüm rol oynayırlar.
Tədqiqatçılar süni intellektdən (Sİ) insan dilinin iki mindən çox mikroskopik görüntüsünü təhlil etmək üçün istifadə ediblər. Onlar aşkar ediblər ki, hər bir insanın papillaları bir-birindən o qədər fərqlidir ki, onlardan bir insanı tanımaq olar.
"Bu tədqiqat bizi dil səthlərinin mürəkkəb arxitekturasını anlamağa yaxınlaşdırır, - tədqiqatın baş müəllifi professor Rik Sakar deyib. - Bu xüsusiyyətlərin hər bir insan üçün nə qədər unikal olduğunu görəndə təəccübləndik".
Tədqiqatçılar hesab edirlər ki, onların kəşfi tibb, qidalanma və digər sahələrə mühüm təsir göstərə bilər.
Məsələn, tədqiqatlar göstərib ki, müəyyən növ dil papillaları olan insanlar ağız xərçənginə daha çox meyllidirlər. Bu kəşf həkimlərə xərçəngi erkən mərhələdə aşkar etməyə kömək edə bilər.
Əlavə olaraq, araşdırmalar göstərib ki, müəyyən növ papillaları olan insanlar müəyyən növ qidalara üstünlük verirlər. Bu kəşf insanların ehtiyac duyduqları qidaları almasına kömək etmək üçün fərdiləşdirilmiş pəhrizlər hazırlamağa kömək edə bilər.
"Təsəvvür edin ki, xüsusi insanların və həssas əhali qruplarının şərtlərinə uyğunlaşdırılmış fərdiləşdirilmiş qida məhsulları inkişaf etdirə bilirsiniz və beləliklə, onların yeməklərindən həzz alarkən düzgün qidalanmasını təmin edə bilərsiniz", - Professor Sakar deyib.
Alpər