Xəbər lenti

Hərarətin yüksəlməsi ağır epidemiyalara səbəb olacaq – Elm
Dünya 18:38 07.08.2024

Hərarətin yüksəlməsi ağır epidemiyalara səbəb olacaq – Elm

Mövsümi hərarət diapazonunun artması təhlil edilən ölkələrdə epidemiyanın daha şiddətli yayılmasına kömək edir. 

Qaynarinfo xəbər verir ki, "Nature” jurnalı Yer kürəsində orta hərarətin artmasının xəstəliklərin yayılmasına təsiri ilə bağlı araşdırmanın nəticələrini dərc edib

Təhlil Prinston Universiteti, Con Hopkins Universiteti və Braun Universitetinin ətraf mühit üzrə tədqiqatçıları və epidemioloqları tərəfindən aparılıb. İlk növbədə, iqlim dəyişikliyinin yayda aktiv olan xəstəliklərin yayılmasına necə təsir etdiyinə baxılıb. Bunlar poliovirus və Koksaki virusu da daxil olmaqla enterovirus cinsinin patogenləridir. ABŞ, Çin və Yaponiyadan gələn məlumatları təhlil etdikdən sonra belə qənaətə gəlinib ki, qlobal istiləşmə səbəbindən epidemiya pikinin orta və maksimum ölçüsü artıb.

"Ən pis vəziyyət senarisində, yer və iqlim modelindən asılı olaraq, epidemiyanın pik ölçüsünün iqlim dəyişikliyi səbəbindən 40%-ə qədər arta biləcəyini görürük", - "Nature” jurnalı yazır. 

Hazırki hesablamalar göstərir ki, Yerin orta illik hərarəti sənaye erası başlamazdan əvvəlki ilə müqayisədə 1°C yüksəkdir. 2024-cü ilin iyun ayında Ümumdünya Meteorologiya Təşkilatının saytında dərc edilən hesabata əsasən, 2024-2028-ci illər arasında hərarətin 1,5°C-dən çox olma ehtimalı 80% təşkil edir. Temperaturun bu cür səviyyələrə davamlı artması həm insan sağlamlığı, həm də təbii proseslər üçün geri dönməz nəticələrin başlanğıcı deməkdir və məsələn, günün artmasına səbəb ola bilər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->