Dünya 20:35 01.03.2023

Hərbçilər ailələrini Krımdan Rusiyaya təxliyə edir - Baş Qərargah

Rusiya işğalçıları müvəqqəti işğal olunmuş Krım yarımadasından təxliyyəni davam etdirir.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz "Facebook" səhifəsində məlumat yayıb. Söhbət xüsusilə Perevalnoyedə olanlardan gedir.

"Müvəqqəti olaraq işğal olunmuş Krımdan müəyyən kateqoriyadan olan vətəndaşların təxliyyəsi növbəti dəfə qeydə alınıb. Son vaxtlar Perevalnoyedə yerləşən Rusiya işğalçı qüvvələrinin hərbi qulluqçuları öz ailələrini Rusiyaya göndərirlər", - məlumatda deyilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Xerson vilayətinin özünü işğalçı "avtoritet” elan edən ərazisi işğaldan azad olunmaq qorxusundan Krım ərazisinə qaçmağa hazırlaşır. Eyni zamanda, yarımadanın özündə ruslar müdafiə istehkamları qururlar.
Amerikalı general Ben Hodces Krımın yayın sonuna qədər Rusiyadan azad oluna biləcəyini proqnozlaşdırır. Bu, Ukrayna ordusunun müttəfiqlərdən lazımi silahları alacağı təqdirdə baş verə bilər.

Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirici Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk hesab edir ki, Krım uğrunda şiddətli döyüşlər olmayacaq, azad edilmə başqa senari üzrə aparılacaq.

Alpər