Xəbər lenti

Hərbçilər atəşə tutuldu: ölən və yaralanan var
Dünya06:52 21.08.2013

Hərbçilər atəşə tutuldu: ölən və yaralanan var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dağıstanın Buynaksk şəhərində naməlum şəxslər 2 hərbçiyə atəş açıblar, nəticədə bir hərbçi ölüb, digəri isə güllə yaraları ilə xəstəxanaya yerləşdirilib. 
APA-nın verdiyi xəbərə görə, bu barədə “RİA Novosti”yə Dağıstan DİN-in nümayəndəsi bildirib.
“Təxminən gecə saat 02.00 radələrində Buynaksk şəhərinin İmam Şamil küçəsində naməlum şəxslər hərbçilərə atəş açıb, onlardan biri aldığı güllə yaralarından hadisə yerində keçinib, digəri isə xəstəxanaya yerləşdirilib”, - deyə mənbə bildirib.
Şəhərdə “Vulkan-4” planı elan olunub. 
Qaynar.info