
ABŞ-ın Venesueladakı səfirliyinin iki əməkdaşı paytaxt Karakasdakı striptiz klublarının birində baş verən atışma zamanı yaralanıb.
Qaynar.info-nun məlumatına görə, güllələrdən biri təsadüfən ABŞ-ın Venesueladakı hərbi attaşesi Roberto Esekelə dəyib. Açılan atəş nəticəsində hərbi attaşe ayağından və ikinci diplomat isə qarnından yaralanıb.
ABŞ səfirliyi faktı təsdiqləyib və bildirib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Qaynar.info