Xəbər lenti

Hərbi çevrilişə cəhd edənlərdən biri futbol hakimi imiş - Türkiyədə
Dünya06:23 18.07.2016

Hərbi çevrilişə cəhd edənlərdən biri futbol hakimi imiş - Türkiyədə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə hərbi çevrilişə cəhd edənlərdən birinin keçmiş futbol hakimi olduğu müəyyənləşib. 
Bu, bir müddət yan xətt hakimi funksiyasını yerinə yetirmiş Murat Dağlıdır.
Dağlı ölkə prezidenti Rəcəp Tayyip Ərdoğanın Mərmərədə qaldığı oteldə əməliyyat keçirən helikopterin pilotu olub. Polkovnik-leytenant ləqəbli pilot "Skorski" markalı helikopteri idarə edib. Sabiq hakimin rütbəsi sökülüb və o, həbs olunub.
Qeyd edək ki, əslən Diyarbəkirdən olan Murat Dağlı 2000 - 2003-cü illərdə Türkiyə Super Liqası qarşılaşmalarına təyinat alıb. (Report)
Qaynarinfo.Az