
Rusiya Hərbi Dəniz Donanmasının (HDD) baş komandanı admiral Viktor Çirkov istefa ərizəsi yazıb.
Trend-in RİA Novosti-yə istinadən xəbərinə görə, məlumatı Rusiya Müdafiə Nazirliyinin Mətbuat və informasiya idarəsi təsdiqləyib.
V.Çirkovun səhhəti ilə əlaqədar istefa verdiyi deyilir. HDD-nin baş komandanı səlahiyyətlərini müvəqqəti olaraq RF Şimal Donanmasının komandanı Vladimir Korolyov icra edir.
Bundan əvvəl yayılan məlumata görə, V.Çirkov səhhəti ilə bağlı istefa ərizəsini fevral ayında təqdim edib.
Qaynar.info