Xəbər lenti

Həriri istefasını təxirə saldı
Dünya10:44 22.11.2017

Həriri istefasını təxirə saldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanında 4 noyabrda gözlənilmədən istefa verən Livanın baş naziri Səad Həriri bu barədə qərarını dəyişib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bu gün ölkəsinə qayıdan sabiq baş nazir qərarını prezident Mişel Avna təqdim etdiyini, lakin onun istəyi ilə istefasını təxirə saldığını deyib. 
Qeyd edək ki, Riyadda istefa verəndən sonra Fransa, Misir və Cənubi Kipr Yunan Respublikasına gedən Səad Həririnin bu qərarı şübhəli hesab edilir, onun Səudiyyə tərəfindən istefaya məcbur edildiyi iddia edilirdi. Hətta Livan prezidenti baş naziri ölkəsinə qayıtmağa və istefa qərarının səbəblərini açıqlamağa səsləmişdi.
Gülşən