İraq Xalq Səfərbərlik Təşkilatı qüvvələrinin parad mərasimi bu ölkənin dini mərcəiyyəti altında bu qüvvələrin yaradılmasının səkkizinci ildönümündə bu gün (şənbə, 23 iyul) başlayıb.
Qaynarinfo bu barədə "Alalam" agentliyinə istinadən xəbər
verir.
İraqın Xalq Səfərbərlik Qüvvələrinin parad mərasimi hazırda Xalq Səfərbərlik Qüvvələrinin komandanları və bu ölkənin baş naziri müstəfa Əl-Kazimi də daxil olmaqla bir sıra hərbi və milli rəsmilərin iştirakı ilə keçirilir.
Əl-Həşd əş-Şəbi Təşkilatı (İraq Xalq Səfərbərliyi) 2014-cü ildə İŞİD terror qruplaşmasının işğalı və İraqın bir sıra əyalətlərinin süqutundan sonra bu ölkənin ali dini mərcəiyyəti olan Ayətullah Seyid Əli Sistaninin Cihad fitvası ilə yaradılıb.
İŞİD-in İraqdakı hakimiyyətinin sona çatmasını nəzərə alaraq, İraqın bir çox mühüm siyasi xadimləri bu qruplaşmanın dağılmasını və tərksilah edilməsini istəyir.
Qeyd edilir ki, bir neçə şiə qruplaşmasından ibarət olan bu qrupun ən azı 100 min aktiv silahlı qüvvəsi var.
M.Arif
Şərhlər