İyulun 14-ü, səhər saatlarında Suriya sərhədi yaxınlığındakı Əl-Qaim bölgəsində İraqın "Həşd əş-Şaabi”yə (İraq Xalq Səfərbərlik Qüvvələri - İrana yaxın qüvvələr) məxsus silah anbarında partlayış baş verib.
Qaynarinfo bu barədə "Alarabiyə" agentliyinə istinadən xəbər
verir.
İraq mənbələri partlayışın səbəbləri və onun vurduğu zərərin miqdarı barədə ətraflı məlumat verməyib.
Qeyd edilir ki , 2003-cü ildə keçmiş rejimin süqutundan sonra İraqda silah anbarları ölkənin müxtəlif şəhərlərinin yaşayış məntəqələrində kəskin şəkildə genişlənib və yayın başlaması və temperaturun artması ilə bu anbarlar saatlı bombalara çevrilərək insanların həyatını təhlükə altına alır. Belə ki, bu tipli partlayışlar dəfələrlə çoxlu iraqlı mülki vətəndaşların ölümü və yaralanmasına səbəb olub.
Aydın