Xəbər lenti

Həyat olan yeni planet tapıldı
Dünya20:07 02.06.2014

Həyat olan yeni planet tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Meqa-Yer" adlandırılan "Kepler-10c" planetinin kütləsi Yerin kütləsindən 17 dəfə böyükdür

Amerika alimləri bildiriblər ki, uzaq qalaktikaların birində bioloji həyatın ola biləcəyi yeni qayalı planet növü tapıblar. 

ANS PRESS-in məlumatına görə, "Meqa-Yer" adlandırılan "Kepler-10c" planetinin kütləsi Yerin kütləsindən 17 dəfə, diametri isə Yerin diametrindən üç dəfə böyükdür. 

Astronomlar bildirirlər ki, belə ağır və bərk planetin öz atmosferini itirmədən bütöv qalmasına və Yupiter kimi qaz nəhənginə çevrilməməsinə heyrət edirlər. 

Hesab edilir ki, "Kepler-10c" Yerdən iki dəfə yaşlıdır və təxminən 11 milyard yaşı var.

Qaynar.info