Xəbər lenti

Həyat yoldaşını öldürməkdə ittiham olunan baş nazir istefa verəcək
Dünya06:17 08.05.2020

Həyat yoldaşını öldürməkdə ittiham olunan baş nazir istefa verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Keçmiş həyat yoldaşını öldürməkdə ittiham olunan Lesotanın baş naziri Tomas Tabane iyulda istefa verəcəyini açıqlayıb.
Qaynarinfo xarici mətbuta istinadən xəbər verir ki, xalqa müraciətində bu haqda danışan 80 yaşlı Tabane yaşı ilə əlaqədar olaraq könüllü şəkildə vaxtından əvvəl təqaüdə çıxmağı qərara aldığını deyib. Baş nazirlik müddətinin əslində 2022-ci ilin sonunda başa çatmalı olduğunu xatırladan Tabane iyulun 31-də istefa vermək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, o, 2017-ci ildən vəzifədədir. Tobanenin boşanma ərəfəsində olan həyat yoldaşı Lipolelo Tabane həmin il evinin qarşısında ölü olaraq tapılmışdı. Baş nazir və hadisədən qısa müddət sonra evləndiyi yeni həyat yoldaşı Maesaiah Tabane keçmiş həyat yoldaşının ölümündə ittiham olunmuşdular. Onun ölümü ilə heç bir əlaqəsi olmadığını bildirən Tobane hər hansısa bir dəlil tapılacağı təqdirdə istefa verəcəyini açıqlamışdı.
Camal