Xəbər lenti

Həyatı ən gözəl yaşayanların ölkəsi - FOTOLAR
Dünya04:54 29.11.2014

Həyatı ən gözəl yaşayanların ölkəsi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sadəcə rifah səviyyəsi və mədəniyyəti ilə deyil, təbiət gözəllikləri ilə də Norveç görənləri heyran edir. Ərazisi 384,802 kvadrat km, əhalisi 5 milyon nəfər olanan ölkə gəlirləri ilə dünyanın liderdir. Cinayətkarlığın səviyyəsi isə dünya ölkələri arasında ən aşağı səviyyədədir.
Norveç dünyanın üçüncü ən böyük neft istehsalçısı hesab olunur. Ölkənin xarici borcu, büdcəsində kəsiri yoxdur. Ölkə gəlirlərinin yarısını kredit olaraq başqalarına verirlər. Norveçə Avropanın 240 yerindən biribaşa təyyarə reysləri var. 
Təbiəti və coğrafiyası Norveçi hər zaman diqqət mərkəzində saxlayır. Ölkədə yayda qeydə alınan "bəyaz gecələr" də diqqəti çəkir. Gecə saat 01.30-da batan günəş bir saat sonra yenidən görünür. Qışda isə saat 10.00-da açılan hava 15.00-da yenidən qaralır.
Norveç qəribə gözəlliyə və ekzotik bir təbiətə sahibdir. 4 mövsüm adına uyğun keçir: yayı isti, qışı soyuq. Norveçin şəhərlərində belə özünüzü təbiətin qoynunda hiss edə bilərsiniz. 
"United Nations Sustainable Development Solutions Network"un 2013-cü ildə 156 ölkədə keçirdiyi sorğuda Norveçin "ən xoşbəxt ölkə" olduğu üzə çıxıb. Bu nəticəyə ölkədəki səhiyyə xidmətləri, demokratik dəyərlər və sosial dəstəyin də böyük köməyi var.
Qaynar.info