Xəbər lenti

“Heydər Əliyev Əli İnsanovu anamın yanına göndərmişdi” - MÜSAHİBƏ
Ölkə14:09 25.12.2013

“Heydər Əliyev Əli İnsanovu anamın yanına göndərmişdi” - MÜSAHİBƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məşhur jurnalist Elmira Əmrahqızının oğlu danışır

Yaşlı və orta nəsil Azərbaycanın haqq səsini dünyaya car çəkənlərdənbiri, “Azadlıq” radiosunun Azərbaycan bölməsinin mərhum müxbiri ElmiraƏmrahqızını yaxşı xatırlayırlar. İki aydan sonra onun vəfatının 16 ilitamam olacaq. 90-cı ilin qara yanvarında, Xocalı faciəsində, Şuşa,Laçın, Qubadlı, Zəngilan, Ağdam, Kəlbəcərin işğalında və bir çox ağırməqamlarda Elmira Əmrahqızı milyonların bələdçisi oldu. 

Elmira Əmrahqızının oğlu Abdulla Abdullayev Modern.az saytına müsahibəsində anası ilə bağlı xatirələrini bölüşüb.

- Abdulla müəllim, Elmira Əmrahqızının qələm dostlarından sizinlə əlaqə saxlayan varmı?

- Anam rəhmətə gedəndən sonra bizimlə çox jurnalistlər əlaqəsaxlayırdı. Millət vəkili, həm də tanınmış jurnalist Elmira Axundova isəbizimlə daim maraqlanır və demək olar ki, mütəmadi olaraq da əlaqəsivar. Bizə öz övladları kimi baxır.

- Deyəsən siz iki qardaşsınız…

- Bəli, iki qardaşıq. Mən hərbçiyəm, kapitan rütbəli zabitəm, MüdafiəNazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xidmət edirəm,qardaşım isə Türkiyənin Ankara universitetində tibb sahəsi üzrə təhsilalır.

- Ananızın cəmiyyətdəki mövqeyi sizin gələcək həyatınıza necə təsir etdi?

- Mən deyərdim ki, anamın o dövrdəki ictimai-siyasi proseslərdəözünəməxsus rolu var idi. Və dövlət qarşısnda da göstərdiyi xidmətləriilə özünəməxsusluğu qoruyub. Bu gün də bir çox insanlar onu unutmayıblarvə onun göstərdiyi xidmətə də qiymət verirlər.
Elmira Axundova həmhəmkarı, həm də rəfiqəsi kimi daim bizi diqqət mərkəzində saxlayıb.Anam rəhmətə gedəndən sonra müyyən bir vaxt mən işsiz qaldım. Atamişləmirdi. Hətta atamın vəfatından sonra da biz müyyən çətinliklərçəkdik. O dövrdə də Elmira xanımın vasitəsilə bizim problemlər HeydərƏliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevayaçatdırıldı ki, bəs bu ailə başsız qalıb. Ailədə iki uşaq, vəziyyətləriçətindir. Həmin vaxt mənim tələbəçilik dövrümə təsadüf edirdi. O vaxtdanbu yana da Mehriban xanım bizə dəstəyini göstərir. Biz bütün bunlaragörə Mehriban Əliyevaya minnətdarıq. Eyni zamanda, bizim məsələmiziElmira xanım müdafiə nazirinə də çatdırmışdı. Nəticə etibarə ilə mənəyüksək etimad göstərildi və mən Müdafiə Nazirliyinə dəvət olundum.
Təbii ki, bunlar bizə görə edilən bir şey deyildi, bu, anamın göstərdiyixidmətə və fəaliyyəinə verilən qiymətin göstəricisidir.
Eynizamanda qeyd etmək istərdim ki, anam mərhum prezident Heydər Əliyevingöstərişi ilə 2 saylı Fəxri Xiyabanda dəfn olunub. Bu da, onunfəaliyyətinə göstərilən yüksək qiymətin bariz münuməsidir.

- Jurnalistka elə bir peşədir ki, ailəyə vaxt ayırmaq çətin olur. Siz o dövrü necə xatırlayırsınız?
Ananız sizə yetərincə diqqət ayıra bilirdimi?

-Çox düz vurğuladınız. Biz demək olar ki, anamızı çox az-az görürdük.Həm atam, həm də anam işdən gecə qayıdırdılar. Atam da çox vaxt anamınyanında olurdu. Anam dəfələrlə cəbhə bölgələrində, qaçqın düşərgələrindəolub. Elə vaxtlar olub ki, anam hətta ad gününü qaçqın uşaqları ilə biryerdə olub, bizimlə yox. Anam analıq sevgisini tək bizimlə deyil, həmdə qaçqın və məcburi köçkün uşaqları ilə bölüşüb. Bir ana olaraq təbiiki, bizə öz qayğısını göstərməyə çalışırdı. Çalışırdı ki, biz dədiqqətsiz və qayğısız böyüməyək. Anamın jurnalistlik fəaliyyəti çox ağırbir zamana təsadüf edib. Amma biz anamızı vaxtından tez itirdik. Ondamənim 18 yaşım var idi. O vaxtdan bu yana mən ana kəlməsini diliməgətirməyə çətinlik çəkirəm. Bu, əvəzolunmaz bir itkidir.

- Elmira xanım, həm də çox qürurlu bir insan olub... Bəlkə bu, ona Ağstafada “Geroy Əmrah” kimi tanınan atasından keçib?

 -Mən də hesab edirəm ki, bu genetik olaraq keçən bir xüsusiyyətdir. Onunxasiyyəti də bunu deməyə əsas verirdi. Hətta cəbhə bölgəsində bir çoxmaraqlı hadisələr olub. Anamın üstünə silah çəkiblər. Atəş də açılıb,təsadüf nəticəsində anam sağ qalıb. Füzuli rayonunda olmuş birhadisədir. Anama deyiləndə ki, “səni indi gülləyəcəm”, anam cavab veribki, “kişisənsə gülləllə”. Anam belə olub, qürurlu qədər də qorxmaz olub.Amma orda çox təhlükəli vəziyyət idi. Ora bir qrup jurnalist getmişdi.Onları orada çox asan şəkildə öldürə bilərdilər və heç kimin də bundanxəbəri olmazdı. Amma bütün bunlara baxmayaraq, anam öz sözündən dönmürdüvə lazım olan yerdə də sözünü deyirdi. Hətta keçirilən mətbuatkonfranslarında, səfərlər zamanı xarici ölkələrin yüksək vəzifəlişəxslərinə də iti sualların verilməsindən çəkinmirdi. Anam çox mərd vəcəsarətli bir qadın olub. O, öz problemlərinə görə heç vaxt heç kiməmüraciət etməyib. Amma yeri gələndə bir çox insanların problemlərinihəll etməyə həmişə hazır idi. Anam o qədər sadəlövh bir insan olub ki,hansısa problemindən dolayı müracət edən insana inanırdı.

-Yeri gəlmişkən, ananızın atasına Sovet İttifaqı Qəhrəmanı adıverilməliymiş, ancaq bu, baş tutmayıb. Ananız bu barədə nə danışırdı?

-
Babam 416-cı Taqanroq diviziyasında döyüşüb. Almanlar onu “Qara pələng”adlandırırmış. Anam həmişə deyirdi ki, Heydər Əliyev də ötən əsrin 70-ci illərində bu məslənin həll edilməsi uğurunda çox çalışdı. Anam dabununla bağlı çox çalışdı. Amma əfsuslar olsun ki, o məsələ elə açıqqaldı. Bir çox problemlər ortaya çıxdı. Babamın sənədləri ya qəsdənitirilimişdi, ya da yandırılmışdı. Babamın şəxsi işini hərbi muzeyətəhvil vermişik. Onun şəxsi işində hətta Zaqafqaziya dairəsininkomandanı marşal Tolbuxinin babama Sovet İttifaqı Qəhrəmanı adınınverilməsi ilə bağlı yuxarı komandanlığa təqdimatları var. Amma SSRİ-ninMüdafiə Nazirliyi buna qarşı olub. Hətta Taqanroq şəhərinin müvafiq icraorqanların da bu məsələ ilə əlaqədar müraciətləri var. SSRİ dövründəermənipərəst qüvvələr Azərbaycandan Sovet İttifaqı Qəhrəmanlarınınsayının az olmasına çalışırdılar. Babam da bu haqsız siyasətinqurbanlarının birinə çevirilmişdir.


- Elmira xanım Heydər Əliyevlə tanışlığı barədə sizə nələri danışırdı?

-Bu tanışlıq keçən əsrin 80-ci illərin sonlarından başlanır. O vaxt“Kosmos uşaqlar üçün” adlı bir layihə var idi. Anam da bu layihəyə cəlbolunur və kosmosa getmək istəyir. O, Moskvaya gedir, hətta bəzi tibbisınaqlardan keçir. Amma sonra Kosmosa yapon jurnalisti göndərilir. Anamda o ərəfədə Moskvada olanda çox çalışıb ki, Heydər Əliyevlə görüşsün.Amma alınmayıb. Heydər Əliyev vəzifədən gedəndən sonra ona mətbuatdabasqılar başlayıb. Bundan sonra anam təcili olaraq onunla görüşməkistəyir. Məqsədi Heydər Əliyevdən müsahibə almaq və bir növ onunmüdafiəsinə qalxmaq olub. Moskvada olanda anam təsadüfən bir qadınlagörüşür və çalışır ki, onun vasitəsilə Heydər Əliyevlə əlaqə yaradabilsin. Tamamilə başqa bir insanın tanışlığı ilə anam Lalə ŞövkətHacıyevanın yanına gəlib çıxır. Lalə xanıma məqsədini danışır. Laləxanım əlindən gələn köməyi göstərəcəyini deyir. Beləliklə, anam HeydərƏliyevlə görüşə bilir. Anam deyir ki, Heydər Əliyev onu xeyli sorğu-sualedib. Anamdan haradan, kimlərdən olduğunu soruşub. Sən demə babamla,atamın atası ilə onun tanışlıqları da olub. Babam əməkdar həkim olduğunagörə Naxçıvanda hamı onu tanıyırdı. Bundan əvvəl qeyd etiyim kimi,anamın atası Əmrah babamı da tanıyırdı.
Anamı hərətərəflisorğu-sual edəndən sonra müsahibə verməyə razılaşır. Demək olar ki, dördkaset bu müsahibəyə həsr olunur. O müsahibə “Azadlıq” radiosunda hərdəfə 10-15 dəqiqə olmaqla efirə verilib. Amma bundan əlavə olaraq sonraatam da, anam da bu müsahibəni qəzetlərdə də dərc etdirdilər. İmkanlarıdaxilində kasetləri çoxaldıb əhali arasında da payladılar.

 - Məlumatlara görə, Heydər Əliyevin bir jurnalist kimi Elmira xanıma simpatiyası olub.

-Bəli, o vaxtlar hətta az sayda jurnalistin prezidentlə Amerikaya,Avropa və Asiya dövlətlərinə səfərləri olmuşdu. Onların içində anam davar idi. Bu onun peşəkralığına və obyektivliyinə yüksək səviyyədəverilən qiymət idi.

- Elmira xanım, xəstə olandayüksək vəzifədə olan insanlarla dostluq əlaqələri olsa belə, heç kimdənkömək istəməmişdi. Baxmayaraq ki, bu məsələ ilə bağlı Heydər Əliyev Əliİnsanova tapşırıq veribmiş.

-Həmin vaxtlar Əli İnsanov bizim evimizə qədər gəlib çıxmışdı. Nazir özüşəxsən anamın səhhəti ilə çox maraqlanırdı və diqqət mərkəzindəsaxlayırdı. Xaricdə müalicə olunmaq belə, anama təklif olundu, amma oqəbul etmədi. İmtina etməsinin səbəbi onun qüruru ilə bağlı idi. Bir dəsağalacağına ümid etmirdi.


- Bu gün Elmira xanımın övladaları niyə onun yolunu davam etdirmir?

- Mən 5 il “Azadlıq” radiosunda jurnalist kimi işlədim. Amma qardaşıməvvəldən elə həkim olmaq istədiyini bildirmişdi. Mən jurnalistfəaliyyətimi davam etdirməyi çox istədim. Sadəcə olaraq, tale eləgətirdi ki, hərbçi oldum. Bu gün də içimdə yaradıcılığa meyl hissedirəm. İmkanım olsaydı, bəlkə də jurnalistika ilə məşğul olardım. Bəlkədə Silahlı Qüvvələrdən tərxis olunandan sonra yenə jurnalistikasahəsinə qayıdacam.

- Ananız ideyaları olan bir jurnalist idi. Bunu necə xatırlayırsınız?

- Anam çox vətənpərvər bir insan idi. Xalqına, millətinə dəyər verirdi.Bayramlarda ailəsini belə,  düşünmürdü. Yeni ili qaçqın şəhərciyindəuşaqlarla birlikdə qeyd edirdi. O ana sevgisini də o uşaqlara verirdi.Bunun hamısının kökündə vətənə, millətinə sevgi dayanır. Biz uşaqolduğumuz üçün bunları başa düşmürdük. Amma böyüdükcə artıq buməsələləri dərk etməyə başladım. O zaman uşaq idim və anamla bağlı birçox şeyləri tam olaraq xatırlaya bilmirəm. Anam haqqında məlumatlarıindi daha çox mətbuat vasitəsilə əldə edirəm. Dostlar, tanışlar mənəanam haqqında hər zaman danışırlar.


- Ananız haqqında kitab hazırlamaq, ya da onun adının əbədiləşdirilməsi kimi fikriniz varmı?

- İmkanım olsa, anam haqqında kitab hazırlamaq istərdim.

- Ananızın adına bir fond yaradılması, ya bir mükafat verilməsi üçün hansısa bir məsələ qaldırmısınızmı?

- Belə bir məsələni heç vaxt etməmişik. O vaxt mətbuatda belə fikirlərsəsləndi. Amma bu sadəcə bir fikir olaraq söyləndi. Evimizin yanındaanamın adına bir park da olmalı idi. Hətta hasarlarına qədər çox işlərgörülmüşdü orada. Amma sonradan həmin yerdə bir restoran tikildi vəbununla da bu məsələ qapandı. Bu təxminən 1998-ci ilin ortalarınatəsadüf edirdi.

- Ananızın çap olunmamış yazısı varmı?

- Anamın evdə əlyazmaları durur. Amma bilmirəm ki, onlardan çap olunmayanı var, ya yox... Mən onları arxivə verməyi düşünürəm.


- Jurnalistka elə bir peşədir ki, burda mənbələrlə işləmək bir azçətindir. Amma ananız ciddi mənbələrlə çox asanlıqla əlaqə yaradabilirdi. Hətta onlar özləri ananızla ünsiyyət saxlayırdılar. Bununsəbəbi sizcə nə ilə bağlı idi?

- Bu, həm anamın birjurnalist kimi qabiliyyətli olmasından, həm də etibarından irəligəlirdi. Anam bu etibarı öz professionallığı ilə qazanmışdı. Təbii ki,jurnalistə etibar etməsən onunla ünsiyyət qurmaq istəməzsən.

-Elmira xanımın “20 Yanvar” hadisələri ilə bağlı reportajı bütün dünyayayayıldı. Bu reportaj vasitəsilə bütün dünyaya demək olar ki, bizimsəsimiz çatdırıldı. Bu barədə sonralar özü nə deyirdi?

- Bu anamın içindən gələn bir şey idi. Dövlətimiz informasiyablokadasında olan bir dövrdə anam nəinki ölkədə, hətta xaricdə dəxalqımıza qarşı haqsızlıq edən mənfulara qarşı təbii ki, susa bilməzdi.“Azadlıq” radiosu o zaman anam üçün bir vasitə oldu ki, o öz xalqınınsəsini bütün dünyaya çatdırsın.

- Elmira xanımınyüksək vəzifəli şəxslərlə münasibətini hər kəs bilirdi, hətta elə birvəziyyət idi ki, o bir zəngi ilə bir çoxlarının bacara bilməyəcəyi işihəll edirdi. Siz o vaxtlar uşaq idiniz, heç olmasa qohumlar bundan yararlana bildimi?

- Anam bir çox qohumlara kömək edib. Amma öz ailəsi üçün heç nəetməyib. O öz imicini də çox qoruyurdu. 1993-cü ildə Heydər Əliyevin vəLalə Şövkətin təklifi ilə atamı Prezident Aparatında işə dəvət ediblər.Amma anam buna etiraz edib. İstəməyib ki, atam getsin orda işləsin. Ohardasa müstəqilliyini itirəcəyindən çəkinirdi. Asılı olacağını vəpeşəkarlığını itirməkdən qorxurdu. Atam naxçıvanlı idi, ona görə də birmüddət işlədiyi yerdə hardan olduğunu gizlətməyə çalışırdı. Amma bütünbu hadisələrdən sonra anam olduğu kimi də qaldı. Onu hər kəs müstəqilbir jurnalist kimi qəbul edirdi.

- Neçə övladınız var?

- İki övladım var. Bir qız , bir oğlan. Anamın adını yaşatmaq üçünqızıma onun adını vermişəm. Düşünürəm ki, gələcəkdə bəlkə onda dajurnalistikaya bir maraq oldu. Anamın davamçısı oldu.


- Qeyd etdiniz ki, 5 il jurnalist fəaliyyəti ilə məşğul olmusunuz. Bu,elə də az vaxt deyil. Elmira xanımın məşğul olduğu o vaxtki jurnalistkailə indiki arasında sizcə hansı fərqlər var?

- Məndeyərdim ki, o dövrün öz xüsusiyyətləri var idi. O dövrdə jurnalistfəaliyyətinə təlatümlü proseslər, bir-birini əvəzləyən gözlənilməzhadisələr, təhlükələrlər, ekstremal şərait kimi faktorlar təsir edirdi.İnformasiyanın çatdırılmasında problemlər olurdu. Maddi-texniki bazazəif idi, maliyə sıxıntıları mövcud idi. İndiki dövrdə bu sahədəstabillik var, operativlik və çeviklik artıb. KİV-lər tərəfindəninformasiyanın auditoriyaya çatdırılması asanlaşıb. İnformasiya vəkommunikasiya texnologiyalarının inkişafı çox irəliyə gedib. KİV-lərininternetə çıxışı var. Eyni zamanda, Azərbaycanda KİV-lərin sayı artıb,senzura ləğv edilib və Azərbaycan artıq öz informasiya məkanını qorumaqvə müdafiə etmək kimi qabiliyyət əldə edib. Bu isə informasiya-psixolojimüharibədə mühüm amillərdən biri sayılır. Bu gün KİV-lərin inkişafınadövlət də öz dəstəyini göstərir. Anam özü də deyirdi ki, “biz sovetjurnalistkası məktəbinin nəzəriyyəsini götürmüş jurnalistlərik”. Ovaxtın jurnalistikası meydanlarda, cəbhə bölgəsində, qaçqındüşərgələrində formalaşan bir jurnalistka olub. Burada tək anamın adınıdeyə bilmərəm. Onun qələm yoldaşlarından Elmira Axundova, Aynur Bəşirli,Zərxanım Əhmədli, Tapdıq Fərhadoğlunun adlarını çəkə bilərəm.

- Ananız nə vaxtsa öz peşəsindən yorulduğunu deyirdi?

- Heç zaman belə bir şeyi müşahidə etmədik. O hətta deyirdi ki, yenidəndünyaya gəlsə, yenə də bu sahəni seçər. Baxmayaqraq ki, bu peşədə ohəqiqətən də çox əziyyətlər çəkmişdi. O öz peşəsini çox sevirdi,sənətinin vurğunu idi.

- Elmira xanımın yadigarlarınınvəziyyətinin necə olması hamı üçün maraqlıdır. Ailənin böyüyüsünüz,qardaşınızın gələcək həyatı ilə bağlı nələri düşünürsünüz?

- O hələ ki, təhsil alır. Gələcəkdə hansı yolu seçəcəksə, mən də onadəstək olacam. Bura da qayıda bilər, Türkiyədə də qalıb işləyə bilər.Bu, artıq onun öz seçimidir.

- Qazaxla, Ağstafa ilə, ananızın qohum-əqrabası ilə əlaqələrinzi varmı?

- Orada bir dayım qalıb. Onunla da imkan daxilində əlaqə saxlamağa çalışırıq.

 
Modern.az