Xəbər lenti

Həyəcan siqnalı zamanı sığınacağın qapısını açmayan gözətçiyə 4 il həbs
Dünya09:17 30.07.2024

Həyəcan siqnalı zamanı sığınacağın qapısını açmayan gözətçiyə 4 il həbs

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kiyevin Desnyanski Rayon Məhkəməsi paytaxt klinikasının keçmiş gözətçisi Vadim Moşkinin işi üzrə hökm çıxarıb – o, üç nəfəri ölümə səbəb olan təhlükə altında saxlamaqda təqsirli bilinib və 4 il müddətinə azadlıqdan məhrum edilib. 
Qaynarinfo xəbər verir ki, bu barədə məhkəmə işçisi "Ukrainskaya pravda”ya şərhində deyib.
"Bu gün (30 iyul – red.) məhkəmə ona 4 il həbs cəzası verdi”, - o bildirib.
Bu qərardan elan edildiyi gündən bir ay ərzində şikayət verilə bilər.
Kiyev Şəhər Prokurorluğunun məlumatına görə, prokuror məhkəmədə sübut edib ki, "KNP 3 saylı İbtidai Tibbi Yardım Mərkəzinin mühafizəçisi 2023-cü il iyunun 1-nə keçən gecə Kiyev şəhərində hava hücumu barədə xəbərdarlıq siqnalını elan edərkən sığınacağın qapılarını açmayıb, bununla da insanları canlarını qurtarma imkanından məhrum edib”.
"Rusiya Federasiyasının silahlı qüvvələri tərəfindən Kiyevə raket hücumu zamanı onun bu cür hərəkətləri 3 nəfərin, o cümlədən 9 yaşlı qızın ölümü ilə nəticələnib. Ukrayna Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən, azyaşlı uşağın ölümü cinayəti ağırlaşdıran haldır”, - deyə məlumatda bildirilir.
Prokurorluq "təqsirləndirilən şəxsin təqsirini etiraf etmədiyini və törətdiyi cinayət əməlindən peşman olmadığını” vurğulayıb.
Alpər