Xəbər lenti

Heykəl vandalizmi: Tarixi şəxsiyyətlərə münasibətin dəyişməsi nə vəd edir? (ŞƏRH)
Dünya13:00 25.06.2020

Heykəl vandalizmi: Tarixi şəxsiyyətlərə münasibətin dəyişməsi nə vəd edir? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"ABŞ Prezidenti Donald Tramp abidələri dağıdan və ya korlayanlarla bağlı prosesin qarşısını almağa qərar verib".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu ABŞ və Avropada bir sıra tarixi şəxsiyyətlərin heykəllərinin dağıdılması prosesi haqda danışarkən deyib.
Onun sözlərinə görə, qara dərili Amerika vətəndaşı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra Amerika qarışıb:
"Həmin hadisədən sonra başqa ölkələrdə də qarşılıqlıq əmələ gəldi. Hətta irqi ayrıseçkiliyə qarşı mitinq və və küçə yürüşləri başladı. Əgər ilk günlər bu, anlayışla qarşılanırdısa, sonrakı günlər proseslər vandalizmə çevrildi. Heykəlləri yıxmağa başladılar. O adamların heykəllərini yıxırdılar ki, öz məntiqlərinə görə, guya vaxtilə onlar irqçi olublar, özlərinin kölələri olub. Hətta Böyük Britaniyada əfsanəvi baş nazir Çörcilin heykəlini belə rənglədilər, yıxmaq istədilər. Nədir ki, Çörçil gəncliyində hindlilər və çinlilər haqqında nəsə deyib. Əgər məsələyə bu prinsipdən yanaşılsaydı, onda Amerikada və Böyük Britaniyada bir heykəl belə qalmazdı. Çünki keçmiş əsrlərdə şərəfinə heykəllər ucaldılmış, ölkələrini idarə etmiş bütün tanınmış şəxslər hamısının kölələri olub. Elə başda Amerikanın qurucusu Corc Vaşinqton. Onda gərək onun da heykəlini yıxsınlar. Corc Vaşinqton Amerika müstəqliyinin əsas simvolu olsa da, özünün kölələri olub. O əsrdə elə olub".
Elxan Şahinoğlunun fikrincə, tarixi dəyişmək olmaz:
"Doğrumu ediblər? Bax bu, başqa məsələdir. O əsrdə varlı adamların kölələri vardı. Köləlik Amerikada çox yaxın tarixdə ortadan qaldırıldı. Hətta 1861-65- ci ildə köləliyə qarşı savaş olsa da, köləliyi tam aradan qaldırmadılar. Əfsanəvi prezident Linkoln köləliyi tam qaldıra bilmədi. 1960-cı ilə kimi köləlik Amerikada davam etdi. Avtobuslarda qaradərililərin xüsusi yerləri vardı, restoranlarda harda gəldi otura bilməzdilər. Onda gərək həmin tarixə kimi bütün dövlət başçılarının heykəlləri dağıdıla".
Politoloq hesab edir ki, məhz bu səbədən Amerika prezidenti Tramp heykəllərin dağıdılması ilə bağlı aparılan prosesin qarşısını almağa qərar verib:
"Düşünürəm ki, bir müddət sonra heykəllərə qarşı aparılan bu "mübarizə" prosesi səngiyəcək. Ona qalsa, gərək tarixdə kim olubsa - Amerika, Böyük Britaniya və Avropada - hamısının heykəlləri dağıdıla. Çünki hamısı imkanlı adamlar olduğundam kölələri olub".
Bahar Rüstəmli