Xəbər lenti

Heyvanları yemləyənlərə cəza veriləcək
Dünya13:35 01.03.2018

Heyvanları yemləyənlərə cəza veriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hollandiyada vəhşi heyvanları yemləmək qadağan edilib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ölkədə temperatur -10 dərəcəyə qədər enib. Belə vəziyyətdə heyvanlar yemək tapmaqda çətinlik çəkirlər. Otlaqlarda çox sayda heyvan gördüklərini deyən insanlar bu barədə polisə şikayət edərək canlıların aclıqla üz-üzə olduğunu, bəzilərinin soyuq və aclıqdan öldüyünü dilə gətirib. Bu barədə nəsə edə bilməyəcəyini deyən polis idarəsi insanları Meşə İdarəsinə yönəldib. İdarə insanlara təbiətdəki vəhşi heyvanların yemlənməsinin qadağan olduğunu bildirərək bu addımın təbiətin tarazlığına mənfi təsir göstərəcəyini qeyd edib. Zəif heyvanları xilas etmək növbəti il bu canlıların daha da çoxalmasına, nəticədə köməyə möhtac heyvanların sayının kəskin artmasına gətirib çıxaracaq. Bu səbəblə, meşə işçiləri köməyə möhtac heyvanları güllələyib öldürürlər.
Heyvansevərlər isə bu hadisəyə kəskin etiraz edirlər. Hollandiyalı bir qrup insan heyvan yemləmə aksiyası təşkil edərək qanunu protest edəcəklər. 
İdarə sadəcə su samurlarına kömək məqsədilə donan su hövzələrindəki buzları qırmaq qərarına gəlib. Məqsəd, qida tapmaqda çətinlik çəkən su samurlarının maşın yoluna çıxmalarının qarşısını almaqdır. 
Qeyd edək ki, ölkədə 2009-cu ildə siyasi partiyalar soyuq havalarda vəhşi heyvanların yemlənməsini təklif etmişdi. Kənd təsərrüfatı nazirliyi isə zəif heyvanların öldürülməsi fikrini irəli sürmüşdü.
Gülşən