Xəbər lenti

Ağır yaralanan matador buğanı öldürdü
Dünya10:07 24.10.2017

Ağır yaralanan matador buğanı öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Meksikanın San Marko şəhərində təşkil edilmiş buğa yarışında ağır yaralanmış matador arenaya təkrar qayıdıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 550 kilo çəkisi olan buğa 35 yaşlı matador Arturo Makiası 3 buynuz zərbəsi ilə ağır yaralayıb. Dərhal arenadan uzaqlaşdırılan və müayinə edilən matadorun nəfəs borusunun zədələndiyi məlum olub. Həkimlərin xəbərdarlığına baxmayaraq arenaya təkrar qayıtmaq istəyən Makias yarışa davam edərək buğanı öldürüb.
Bildirilir ki, matador Meksikada zəlzələdən əziyyət çəkən insanlara yardım məqsədilə təşkil edilən buğa güləşini yarımçıq buraxmaq və zəlzələdən əziyyət çəkənləri məyus etməmək üçün bu addımı atıb.
Gülşən
Qaynarinfo.Az