Fransa məhkəməsi qeyri-adi qərar verib. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransa məhkəməsi türk vətəndaşı Hülya Beyazitin 5 uşağını əlindən alıb.
Qonşularının şikayəti üzrə uşaqlar ailədən götürülərək müvəqqəti baxılması üçün başqa bir ailəyə verilib. Məhkəmə məsələ ilə bağlı qərar qəbul edib. Qərara görə, əgər Hülya Beyazit hicabını açarsa 5 övladı ona qaytarılacaq. Üsyan edən ana övladlarına qovuşmaq istəyir, məhkəmə qərarı ilə razılaşmır.
Hülyanın sözlərinə görə, övladları himayədə olan ailənin dilini başa düşmür, adət-ənənələrdən məhrum olur. Ana bildirir ki, bu dini ayrıseçkilikdən başqa bir şey deyil.
Xatırladaq ki, Fransada yaşayan türk ailəni övladlarına zor tətbiq etdiyi üçün qonşuları şikayət edib.
Qaynar.info