Misirdə bir qız şagirdin texno-pop musiqi sədaları altında oynadığı göbək rəqsi internetdə paylaşma rekordları qırır.
ANS PRESS-in məlumatına görə, hadisə Misirdə o qədər məşhurlaşıb ki, ölkənin ən populyar KİV-ləri bu gün videonu yenidən yayıb. Bilidirilib ki, video Misir gənclərinin böyük diqqətini çəkib.
Adı göstərilməyən bir qız şagird normal geyimlə və belinə bağladığı bir parça ilə boş sinifdə göbək rəqsi edərkən yoldaşları tərəfindən videoya çəkilib.
Texno-pop musiqisi altında edilən rəqs özəl bir məktəbdə çəkilib.