Xəbər lenti

Hicablı qız İnstaqram-ın ulduzu oldu - FOTOLAR
Dünya11:06 29.02.2016

Hicablı qız İnstaqram-ın ulduzu oldu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Su pərisi, Gözəl Bell, Mulan... Malayziyada yaşayan gənc vizaj və makiayaj ustası özünü Disney personajlarına döndərməyi sevir. Ən maraqlısı isə odur ki, bu xanım pariklərdən istifadə etmir, "gərəkli" saç düzümünə başındakı hicabı çıxarmadan nail olur.

Milli.Az bildirir ki, İnstaqram-da "Queen of Luna" niki ilə tanınan gənc Saravati artıq sosial şəbəkələrin ulduzudur.

Saravastinin yazdığına görə, o, başındakı hicabı heç zaman çıxarmayacaq.

"Məndə yüzlərlə növdə, rəngdə hixab var. Hicabın köməyi ilə obrazları dəyişə bilirəm", - Sarasvati deyib.

Qaynar.info