Bu gün Azərbaycanın Rusiyadakı sabiq səfiri, mərhum politoloq Hikmət Hacızadənin doğum günüdür.
Qaynarinfo xəbər verir ki, mərhumun oğlu Adnan Hacızadə atasının ad günü ilə bağlı paylaşım edib. O, atasının heç vaxt unudulmayacağını, həmişə onlarla bir yerdə olacağını bildirib:
"Bu gün mənim qəhrəmanım, ən yaxın dostum, atam Hikmət bəyin ad günüdür. Bir ilə yaxındır ki, o bizimlə deyil. Amma eyni zamanda daim bizimlədir və olacaq. Sənin üçün necə də darıxmışam, ata! Doğum günün mübarək olsun”.
Qeyd edək ki, Hikmət Hacızadə 2020-ci il noyabrın 20-də dünyasını dəyişib.
Bahar Rüstəmli