Xəbər lenti

Hillari Klinton Trabpı məhkəməyə verdi - 1.06 milyon dollarlıq ittiham
Dünya 18:35 01.11.2022

Hillari Klinton Trabpı məhkəməyə verdi - 1.06 milyon dollarlıq ittiham

ABŞ prezidentliyinə keçmiş namizəd və sabiq dövlət katibi Hillari Klinton Donald Tramp və vəkillərinə qarşı iddia qaldırıb. Buna səbəb sabiq prezident və vəkillərinin onu 2016-cı il seçkilərinin nəticələrinə təsir etmək cəhdində ittiham etməsi olub. Klinton qarşı tərəfdən 1,06 milyon dollar təzminat tələb edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” agentliyi Klintonun məhkəməyə müraciətinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, siyasətçi bu məbləği onun 2016-cı il prezidentlik kampaniyası və demokratlarla əlaqəli bir neçə digər cavabdehlərin Trampın onlara qarşı iddiası nəticəsində çəkdiyi məhkəmə xərcləri və məsrəfləri üçün kompensasiya kimi geri almağa çalışır.

Bildirilir ki, Trampın vəkillərindən Alina Habba Klintonun ərizəsinin "təxribatlı ittiham” olduğunu bildirib.

2022-ci ilin martında Tramp ABŞ-ın Florida dairəsi üzrə federal məhkəməsində Hillari Klinton və Demokrat liderlərə qarşı iddia qaldırıb. O, siyasətçiləri 2016-cı il seçkilərinin nəticələrinə təsir etmək üçün "ağılları sarsıdan və millətin demokratik əsaslarına meydan oxuyan ağlasığmaz sui-qəsd” təşkil etməkdə ittiham edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->