Xəbər lenti

Hind şirkətlərinin səhmləri ABŞ-la danışıqlarının bərpası fonunda yüksəlir
Dünya 12:32 10.09.2025

Hind şirkətlərinin səhmləri ABŞ-la danışıqlarının bərpası fonunda yüksəlir

Çərşənbə günü Hindistanın səhmləri genişmiqyaslı artım nəticəsində bahalaşıb. Bu artıma Vaşinqtonla ticarət danışıqlarında irəliləyişə ümidlər, eləcə də ABŞ-da faizlərin azaldılması gözləntilərinin möhkəmlənməsi səbəb olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

Nifty 50 indeksi 0,49% artaraq 24 991,25 bəndə, BSE Sensex indeksi isə 0,5% artaraq 81 506,04 bəndə çatıb. Nifty ardıcıl altıncı sessiyada, Sensex isə ardıcıl üç gündür yüksəliş nümayiş etdirir.

Gəlirlərinin əhəmiyyətli hissəsini ABŞ-dan əldə edən İT şirkətlərinin səhmləri çərşənbə günü təxminən 2% bahalaşıb. Bu, onların çərşənbə axşamı 2,8%-lik artımının davamı olub.

Əsas 16 sektorun 15-i artım qeydə alıb.

Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp bildirib ki, administrasiyası Hindistanla ticarət maneələrinin aradan qaldırılması üzrə danışıqları davam etdirir və o, Hindistanın baş naziri Narendra Modi ilə danışıq aparacaq. Bu açıqlama həftələrlə davam edən fikir ayrılıqlarından sonra razılaşma ümidini gücləndirib.

Modi də Tramp ilə söhbəti səbirsizliklə gözlədiyini və hər iki ölkənin danışıqların tezliklə başa çatdırılması üzərində çalışdığını bəyan edib.

"Bugünkü bazara müsbət təkan prezident Trampın Hindistan və ABŞ arasında münasibətlərin yaxşılaşdırılması təşəbbüsü və baş nazir Modinin buna müsbət reaksiyası oldu”, – deyə Geojit Investments şirkətinin baş investisiya strateqi V.K. Vidjayakumar bildirib.

Bununla yanaşı, ABŞ rəsmisi və Aİ diplomatı qeyd edib ki, Tramp Avropa İttifaqı rəsmilərindən Çin və Hindistana qarşı 100%-lik tariflər tətbiq etməyi də tələb edib. Bu isə Rusiyaya təzyiq strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->