Əhalisinin sayına görə, dünyanın ikinci ən böyük ölkəsi olan Hindistanın 2018-ci ildəki kosmik xərcləri ABŞ-ınkından 13 dəfə çox olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Hindistan Parlamentinin apardığı araşdırmada qeyd olunub. Hindistan Kosmok Araşdırmalar Təşkilatının hədəfləri arasında qarşıdakı 5 il ərzində kosmosa 50 peyk göndərmək var. Əgər bu olsa, Hindistan yeni rekorda imza atmış olacaq.
Qeyd edilir ki, ildə 40 milyon dollar gəlir götürən qurum xarici müştərilər üçün kosmosa peyk göndərməklə daha ciddi qazanc əldə etməyi planlaşdırır.
Camal