Xəbər lenti

Hindistan “AstraZeneca” peyvəndinin ixracını dayandırdı
Sağlamlıq19:20 25.03.2021

Hindistan “AstraZeneca” peyvəndinin ixracını dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistan ölkə ərazisində istehsal olunan "AstraZeneca” şirkətinin hazırladığı peyvəndin ixracını dayandırıb.
Bu barədə NDTV məlumat yayıb.
Hindistan Serum İnstitutu (HSİ) tərəfindən istehsal olunan peyvəndin ixracının dayandırılması preparatın Ümumdünya Səhiyyə Təşkilatının COVAX proqramı vasitəsilə digər ölkələrə tədarükünə də təsir göstərə bilər.
Ölkədə koronavirusla bağlı vəziyyət stabilləşənə qədər preparatın ixracının olmayacağı qeyd olunur. (oxu.az)