Xəbər lenti

Hindistan rəqəmləri açıqladı: ən azı 40 Çin əsgəri ölüb
Dünya09:52 22.06.2020

Hindistan rəqəmləri açıqladı: ən azı 40 Çin əsgəri ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistanla Çin arasındakı Qalvan vadisində iki ölkə qüvvələrinin qarşıdurması nəticəsində ən azı 40 Çin əsgəri ölüb.
Qaynarinfo xəbər verir ki, bunu Hindistanın nəqliyyat naziri Vicay Kumar Sinx deyib. O bildirib ki, Hindistanın 20 əsgəri şəhid olubsa, Çində itkilər bundan 2 dəfə çox olmalıdır.
Sinx insident zamanı Hindistan tərəfində qalan çinli döyüşçülərin öz ölkələrinə geri qaytarıldığını da sözlərinə əlavə edib.
Qeyd edək ki, ötən həftə yaşanan qarşıdurma nəticəsində 20 hind əsgərinin öldüyü, ən az 76 nəfərin isə yaralandığı bildirilmişdi. Çin tərəfi isə məsələ ilə bağlı açıqlama verməmişdi.
Camal