Xəbər lenti

Hindistan şəkər ixracına qadağa qoymağa hazırlaşır
Dünya14:54 23.08.2023

Hindistan şəkər ixracına qadağa qoymağa hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistan hökuməti oktyabr ayında başlayacaq gələn mövsümdə şəkər ixracına qadağa qoymağı düşünür. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyinə Hindistanın rəsmi qurumlarındalı üç mənbə məlumat verib. 
Belə bir addım son 7 ildə ilk dəfə atılacaq. Qadağanın müzakirəsinə səbəb əsas şəkər qamışı istehsal edən Maharaştra və Karnataka ştatlarında şiddətli quraqlığın olmasıdır. Quraqlıq səbəbindən bu ştatlarda şəkər qamış məhsulu həmişəkindən 50 faiz az olub.
Mütəxəssislərin proqnozlarına görə, əlverişsiz hava şəraiti səbəbindən Hindistanda 2023/24 mövsümündə şəkər istehsalı 3,3% azalaraq 31,7 milyon ton təşkil edə bilər.
"Bizim prioritetimiz şəkər və etanol istehsalına daxili tələbatın ödənilməsidir. Gələn mövsümdə ixrac tədarükü üçün artıq şəkərimiz olmayacaq”, deyə hökumətdəki mənbə bildirib.
İyul ayında Hindistan artıq ərzaq ixracına məhdudiyyətlər qoyub, düyü daşınmasını qadağan və soğana rüsumlar tətbiq edib. Bu, məhsul çatışmazlığı fonunda ölkədə ərzaq inflyasiyasının artması qorxusu ilə bağlıdır.
Aydın