Xəbər lenti

Hindistan və Çin hərbçiləri yenidən toqquşdu: 24 yaralı var
Dünya08:25 25.01.2021

Hindistan və Çin hərbçiləri yenidən toqquşdu: 24 yaralı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistanın Himalay ştatının Sikkim əyalətinin Naku-La keçidində Hindistan və Çin sərhəd qüvvələri arasında hərbi toqquşma baş verib.
Qaynarinfo xəbər verir ki, məlumatda təcavüzün Çin tərəfindən həyata keçirildiyi, ancaq Hindistan ordusunun onları dayandırmağı bacardığı deyilir. Döyüş nəticəsində 20 Çin, 4 Hindistan əsgəri yaralanıb. Hazırda bölgədə vəziyyət nəzarət altındadır, gərginlik yoxdur.
Bundan əvvəl Hindistan və Çin sərhəddəki vəziyyəti və qoşunların geri çəkilməsini müzakirə ediblər. Naku-La toqquşmasının bu görüş zamanı və ya görüşdən dərhal sonra baş verdiyi qeyd olunur.
Alpər