Xəbər lenti

Hindistan yola gəlir: Dehli bu şərtlə Rusiya neftindən imtina etməyə hazırdır
Dünya06:18 07.09.2022

Hindistan yola gəlir: Dehli bu şərtlə Rusiya neftindən imtina etməyə hazırdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Alternativ ölkələrdən - İran və ya Venesueladan tədarük edilərsə, Hindistan Rusiya neftinin qiymət "tavanına” qoşulmağı nəzərdən keçirməyə hazırdır. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Economic Times”a hökumətin neft məsələsində mövqeyi ilə tanış olan Hindistan rəsmiləri məlumat verib.
G7 ölkələri ötən həftə Rusiyadan neftə qiymət limitinin tətbiqi ilə bağlı razılığa gəliblər və bu limitdən yuxarı neftin daşınmasını sığortalamaq qadağan olunacaq.
Çin bu mexanizmə qoşulmaqdan imtina edib və Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin enerji bazarlarını sabitləşdirmək üçün "dialoqa" çağırıb. Hindistan, həmçinin avqustun sonunda Yeni Dehliyə səfər edən ABŞ rəsmilərindən ibarət nümayəndə heyətinin bu təklifini rədd edərək, razılaşmanın daha geniş konsensusa ehtiyac olduğunu bildirib.
Amma əslində Hindistanın mövqeyi ondan ibarətdir ki, Rusiya xammalına alternativ təmin olunarsa, "qiymət tavanı” mümkündür, - deyə mənbələrdən biri ET-yə izah edib.
"İran və ya Venesuela tədarükləri bazara çıxanda "tavan”dan danışa bilərsiniz”, - o deyib. 
Xatırladaq ki, Rusiya neftinə qiymit limitinə qoşulacaq ölkələrə neft ixracını dayandırmaqla hədələyib. 
Ukraynada müharibə başlayandan bəri Hindistan Rusiya neftinin alışını 30 dəfə artıraraq Rusiya neftçilərini avropalı müştərilərin elan etdiyi boykotdan xilas edib. Əgər yanvarda Rusiya Federasiyasından Hindistan bazarına gündə cəmi 30 min barel neft gedirdisə, iyunun əvvəlində tədarüklər rekord həddə - 840 min barelə çatıb.
Avqust ayında ABŞ rəsmilərinin Hindistana səfəri fonunda ixrac kəskin şəkildə azalmağa başlayıb: ayın əvvəlində tədarük sutkada 960 min barel təşkil edirdisə, son həftədə cəmi 540 000 barrel (-44%) olub.
Nizami Bağırov