Xəbər lenti

Hindistanda 200 milyon insan küçələrdə
Dünya08:12 08.01.2019

Hindistanda 200 milyon insan küçələrdə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistanda 200 milyon insan 2 günlük ümumilli tətildə iştirak edir.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, həmkarlar ittifaqları və solçu partiyaların çağırışı ilə insanlar iqtisadi vəziyyət, işsizlik kimi problemlərə etiraz edir, yüksək maaş və pensiya tələb edirlər. 
Qərbi Benqal və Kerala əyalətlərində artıq polislə etirazçılar arasında toqquşmalar yaşanıb. Nümayiş iştirakçıları bölgələrdə avtomobil və qatar yollarını bağlayıb. 
Tətil ölkənin bir çox ərazidə nəqliyyat, bankların və bir çox şirkətlərin fəaliyyətində fasiləyə səbəb olub, məktəblər, təhsil müəssisələri, mağazalar bağlanıb.
Gülşən