Hindistanda 3 nəfəri öldürməkdə ittiham edilən pələngin ömürlük qəfəsdə saxlanılması qərara alınıb.
Qaynarinfo xəbər verir ki, hadisə ölkənin Madhya Predeş əyalətində yaşanıb. Vəhşi təbiəti qoruma dərnəyinin rəsmiləri pələngin tez-tez yaşayış məskənlərinə hücum etməsi səbəbindən belə bir qərar qəbul ediblər. Pələngin insanlara və ev heyvanlarına zərər vurduğu əsas göstərilərək Bhopal zooparkına göndərilib.
"Ona vəhşi təbiətdə qalması üçün çox şans verdik, lakin dəfələrlə insanların olduğu bölgələrə gəldi. Bizim üçün yeganə çıxış yolu insanların və heyvanların təhlükəsizliyi üçün pələngi qəfəsə salmaqdır", - deyə qurum rəsmisi bildirib.
Zoopark direktoru Kamlika Mohanta isə vəhşi heyvanın qəfəsə uyğunlaşmasının bir az vaxt aparacağını və onun davranışlarını yaxından müşahidə edəcəklərini deyib.
Qeyd edilir ki, 5 yaşlı heyvan ilk dəfə 2018-ci ildə axlanılıb və pələng rezervinə transfer edilib. GPS taxılmış heyvan ordan ayrılaraq 500 kilometr yol qət edib.
Camal