Xəbər lenti

Hindistanda 3 yaşlı qız 8 gündür yeməksiz quyuda qalıb
Dünya 15:21 30.12.2024

Hindistanda 3 yaşlı qız 8 gündür yeməksiz quyuda qalıb

Hindistanda üç yaşlı qız quyuya düşüb və orada 8 gün yeməksiz qalıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Hadisə Hindistanın Racastan ştatının Kotputli kəndində baş verib. Nəşr qeyd edir ki, qız 45 metr dərinlikdədir, çox zəifləyib və hərəkət edə bilmir. Uşağa boru vasitəsilə oksigen verilir və videokamera ilə izlənilir.

Xilasedicilər qıza çatmaq üçün müxtəlif üsullara əl atsalar da, hələlik heç biri nəticə verməyib. Tunelin qazılması üçün əraziyə mütəxəssislər gətirilib, prosesi sürətləndirmək üçün 100 tonluq kran göndərilib.

Aramsız yağan yağışlar xilasetmə işlərini çətinləşdirir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->