Hindistanda ağır yol qəzası baş verib.
Qaynarinfo xəbər verir ki, Uttarakxand ştatının Uttarkaşi rayonunda avtobus dərəyə aşıb. Nəticədə azı 12 nəfər həlak olub, 13 sərnişin müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 4-nün vəziyyəti ağırdır.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.