Xəbər lenti

Hindistanda dövlət qulluqçularının olduğu avtobus partladılıb - 15 ölü
Dünya05:50 16.03.2016

Hindistanda dövlət qulluqçularının olduğu avtobus partladılıb - 15 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Pakistanın şimal-qərbində avtobusun partlaması nəticəsində ən azı 15 hökumət işçisi həlak olub.
"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Reuters" məlumat yayıb.
Yerli KİV-in məlumatına görə, insident çərşənbə günü səhər, avtobus Mərdan şəhərindən Xeybər-Paxtunxva əyalətinin inzibati mərkəzi olan Peşavara gedərkən baş verib.
Həmçinin onlarla yaralının olduğu bildirilir.
"Dawn" nəşri partlayıcı qurğunun avtobusun içində quraşdırıldığını yazır.
Partlayışa görə məsuliyyəti hələ ki, heç bir terror təşkilatı öz üzərinə götürməyib.
Qaynar.info