Hindistanın şərqindəki Odişa əyalətində son sutka ərzində ildırım vurması nəticəsində azı 10 nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb.
Qaynarinfo "Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə bazar günü ştat hökumətinin nümayəndəsi
bildirib.
Rəsmi məlumata görə, Xurda rayonunda 4, Bolangirdə 2, Anqul, Budhu, Caqatsinqpur və Dhenkanalda 1 nəfər ölüb.
Bundan başqa, Xurdada da ildırım vurması nəticəsində 3 nəfər xəsarət alıb.
Hindistan Meteorologiya İdarəsinin proqnozlarına görə, ştatın bəzi yerlərində pis hava şəraiti daha 4 gün davam edəcək.
Qeyd edək ki, Hindistanın şimalındakı Himaçal-Pradeş ştatının hökumətinin hesabatlarına əsasən, iyun-avqust aylarında leysan səbəbindən yaranan sürüşmə və daşqınlar nəticəsində azı 348 nəfər ölüb.
Aydın