Xəbər lenti

Hindistanda ilk dəfə aşağı kasta nümayəndəsi prezident seçildi
Dünya09:42 21.07.2017

Hindistanda ilk dəfə aşağı kasta nümayəndəsi prezident seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hindistanda ilk dəfə ən aşağı kasta hesab olunan "Toxunulmazlar"ın üzvü prezident seçilib.

"Qaynarinfo" "Independent"ə istinadən xəbər verir ki, Ram Nat Kovind 65,6% səslə seçkilərdə qalib gəlib. İqtidardakı millətçi hindu koalisiyası tərəfindən dəstəklənən Kovind seçkiləri asanlıqla qazanıb. 71 yaşlı yeni prezident nəticələr açıqlanandan sonra bu hadisənin onun üçün çox emosional olduğunu açıqlayıb. 

Qeyd edək ki, kasta qanunlarının əhəmiyyətli olduğu ölkədə bu hadisə inqilabi dəyişiklik hesab edilir.

Gülşən

Qaynarinfo.Az