Xəbər lenti

Hindistanda ölənlərin sayı 368-ə çatdı: 5 nəfər həbs olundu
Dünya12:06 19.08.2018

Hindistanda ölənlərin sayı 368-ə çatdı: 5 nəfər həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistanın Kerala əyalətində 12 gündür davam edən musson yağışları səbəbilə ölənlərin sayı 368 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, 220 mindən çox insan yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb, evlərindən çıxmayan 5 nəfər isə həbs edilib. Yağış su anbarı və çayların daşmasına, yolların, evlərin su altında qalmasına, körpülərin uçmasına səbəb olub. 32 min 500 hektar əkin sahəsini su basıb.
Qeyd edək ki, iyun ayından bəri Hindistanda müşahidə edilən musson yağışları ümumilikdə minə yaxın insanın ölümünə səbəb olub.
Gülşən