Hindistanın 15-ci prezidentinin seçilməsi üçün bu gün yerli vaxtla saat 17:00-a qədər Hindistanın ştat məclisləri və Milli Qanunvericilik Şurasının 4800-ə yaxın nümayəndəsi səs verəcək.
Qaynarinfo bu barədə "Iindianexpress"ə istinadən xəbər
verir.
Hazırkı prezident Ram Nath Kovindin səlahiyyət müddəti iyulun 24-də başa çatır.
Baş nazir Narendra Modi, keçmiş baş nazir Manmohan Sinq, nazirlər və millət vəkilləri bu bazar ertəsi səhər səslərini veriblər.
Səslərin hesablanması iyulun 21-də keçiriləcək və Hindistanın növbəti prezidenti iyulun 25-də and içəcək.
Qeyd edək ki, parlamentin üzvü olaraq xalq tərəfindən birbaşa seçilən baş nazirdən fərqli, Hindistanda prezident parlamentin hər iki palatasının 776 üzvü və 28 ştat assambleyasının 4033 üzvündən ibarət seçici kollegiyası tərəfindən seçilir.
M.Arif